| وَاللَّيْلِ إِذَا يَغْشَىٰ (1) And olsun yer üzünü zülmətə bürüməkdə olan gecəyə
 | 
| وَالنَّهَارِ إِذَا تَجَلَّىٰ (2) And olsun günəşin çıxması ilə aydınlaşan gündüzə
 | 
| وَمَا خَلَقَ الذَّكَرَ وَالْأُنثَىٰ (3) And olsun kişini və qadını yaradana
 | 
| إِنَّ سَعْيَكُمْ لَشَتَّىٰ (4) Sizin can atdıqlarınız başqa-başqadır
 | 
| فَأَمَّا مَنْ أَعْطَىٰ وَاتَّقَىٰ (5) Kim haqqını verir və Allahdan qorxursa
 | 
| وَصَدَّقَ بِالْحُسْنَىٰ (6) və ən gözəl olanı (lə ilahə illəllahı) təsdiq edirsə
 | 
| فَسَنُيَسِّرُهُ لِلْيُسْرَىٰ (7) Biz onu ən asan olana nail edəcəyik
 | 
| وَأَمَّا مَن بَخِلَ وَاسْتَغْنَىٰ (8) Kim də xəsislik edərək Rəbbinə ehtiyacı olmadığını güman edirsə
 | 
| وَكَذَّبَ بِالْحُسْنَىٰ (9) və ən gözəl olanı (lə ilahə illəllahı) yalan hesab edirsə
 | 
| فَسَنُيَسِّرُهُ لِلْعُسْرَىٰ (10) Biz onun üstünə ən çətin olanı yükləyəcəyik
 | 
| وَمَا يُغْنِي عَنْهُ مَالُهُ إِذَا تَرَدَّىٰ (11) Cəhənnəmə düşdükdə var-dövləti ona fayda verməyəcək
 | 
| إِنَّ عَلَيْنَا لَلْهُدَىٰ (12) Şübhəsiz ki, doğru yola yönəltmək Bizə aiddir
 | 
| وَإِنَّ لَنَا لَلْآخِرَةَ وَالْأُولَىٰ (13) Sözsüz ki, Axirət də, dünya həyatı da Bizimdir
 | 
| فَأَنذَرْتُكُمْ نَارًا تَلَظَّىٰ (14) Mən sizi alov saçan bir odla qorxutdum
 | 
| لَا يَصْلَاهَا إِلَّا الْأَشْقَى (15) Ona ancaq ən bədbəxt kimsə girər
 | 
| الَّذِي كَذَّبَ وَتَوَلَّىٰ (16) O kimsə ki, haqqı yalan sayır və ondan üz döndərir
 | 
| وَسَيُجَنَّبُهَا الْأَتْقَى (17) Allahdan ən çox qorxan isə o Oddan uzaqlaşdırılar
 | 
| الَّذِي يُؤْتِي مَالَهُ يَتَزَكَّىٰ (18) O kimsə ki, malını Allah yolunda verir, günahlardan təmizlənir
 | 
| وَمَا لِأَحَدٍ عِندَهُ مِن نِّعْمَةٍ تُجْزَىٰ (19) Əvəzi veriləcək nemət üçün onun heç kəsə minnəti olmaz
 | 
| إِلَّا ابْتِغَاءَ وَجْهِ رَبِّهِ الْأَعْلَىٰ (20) O bunu ancaq Ən Uca Rəbbinin Üzünü dilədiyindən edər
 | 
| وَلَسَوْفَ يَرْضَىٰ (21) O, mütləq razı qalacaqdır
 |