| إِذَا وَقَعَتِ الْوَاقِعَةُ (1) Vaqiə qopacağı zaman
 | 
| لَيْسَ لِوَقْعَتِهَا كَاذِبَةٌ (2) onun qopduğunu heç kəs dana bilməz
 | 
| خَافِضَةٌ رَّافِعَةٌ (3) O, bəzilərini alçaldacaq, bəzilərini də ucaldacaqdır
 | 
| إِذَا رُجَّتِ الْأَرْضُ رَجًّا (4) Yer şiddətlə titrədiyi zaman
 | 
| وَبُسَّتِ الْجِبَالُ بَسًّا (5) Dağlar parça-parça olub ovxalandığı
 | 
| فَكَانَتْ هَبَاءً مُّنبَثًّا (6) və ətrafa səpələnmiş toz-torpağa döndüyü zaman
 | 
| وَكُنتُمْ أَزْوَاجًا ثَلَاثَةً (7) siz üç dəstəyə ayrılacaqsınız
 | 
| فَأَصْحَابُ الْمَيْمَنَةِ مَا أَصْحَابُ الْمَيْمَنَةِ (8) Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri
 | 
| وَأَصْحَابُ الْمَشْأَمَةِ مَا أَصْحَابُ الْمَشْأَمَةِ (9) Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri
 | 
| وَالسَّابِقُونَ السَّابِقُونَ (10) Xeyirxah işlərdə öndə gedənlər, Cənnətdə də öndədirlər
 | 
| أُولَٰئِكَ الْمُقَرَّبُونَ (11) Onlar Allaha yaxın olanlar
 | 
| فِي جَنَّاتِ النَّعِيمِ (12) Nəim bağlarında qalacaq kimsələrdir
 | 
| ثُلَّةٌ مِّنَ الْأَوَّلِينَ (13) Onların çoxu əvvəlki nəsillərdən
 | 
| وَقَلِيلٌ مِّنَ الْآخِرِينَ (14) az bir qismi də axırıncılardandır
 | 
| عَلَىٰ سُرُرٍ مَّوْضُونَةٍ (15) Onlar bəzənmiş taxtlar üstündə
 | 
| مُّتَّكِئِينَ عَلَيْهَا مُتَقَابِلِينَ (16) qarşı-qarşıya əyləşib dirsəklənəcəklər
 | 
| يَطُوفُ عَلَيْهِمْ وِلْدَانٌ مُّخَلَّدُونَ (17) Onların ətrafında həmişəcavan xidmətçi oğlanlar fırlanacaqlar
 | 
| بِأَكْوَابٍ وَأَبَارِيقَ وَكَأْسٍ مِّن مَّعِينٍ (18) çeşmə şərabı ilə dolu badələr, bardaqlar və qədəhlərlə –
 | 
| لَّا يُصَدَّعُونَ عَنْهَا وَلَا يُنزِفُونَ (19) ondan başları ağrımaz və məst olmazlar
 | 
| وَفَاكِهَةٍ مِّمَّا يَتَخَيَّرُونَ (20) bəyənib seçdikləri meyvələr
 | 
| وَلَحْمِ طَيْرٍ مِّمَّا يَشْتَهُونَ (21) və istədikləri quş əti ilə hərlənəcəklər
 | 
| وَحُورٌ عِينٌ (22) Onları iri qaragözlü hurilər gözləyir –
 | 
| كَأَمْثَالِ اللُّؤْلُؤِ الْمَكْنُونِ (23) sədəf içində saxlanılmış mirvariyə bənzər hurilər
 | 
| جَزَاءً بِمَا كَانُوا يَعْمَلُونَ (24) Bu, onların etdikləri əməllərin mükafatı olacaq
 | 
| لَا يَسْمَعُونَ فِيهَا لَغْوًا وَلَا تَأْثِيمًا (25) Onlar orada nə boş söz, nə də günaha səbəb olan söhbət eşidəcəklər
 | 
| إِلَّا قِيلًا سَلَامًا سَلَامًا (26) Ancaq: “Salam! Salam!”– sözləri eşidəcəklər
 | 
| وَأَصْحَابُ الْيَمِينِ مَا أَصْحَابُ الْيَمِينِ (27) Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri
 | 
| فِي سِدْرٍ مَّخْضُودٍ (28) Onlar tikansız sidr ağacları arasında
 | 
| وَطَلْحٍ مَّنضُودٍ (29) meyvələri salxım-salxım asılmış banan ağacları altında
 | 
| وَظِلٍّ مَّمْدُودٍ (30) uzanmış kölgəliklərdə
 | 
| وَمَاءٍ مَّسْكُوبٍ (31) daim axan sular kənarında
 | 
| وَفَاكِهَةٍ كَثِيرَةٍ (32) çoxlu meyvələr
 | 
| لَّا مَقْطُوعَةٍ وَلَا مَمْنُوعَةٍ (33) tükənməz və qadağan edilməyən meyvələr içində
 | 
| وَفُرُشٍ مَّرْفُوعَةٍ (34) və hündür döşəklər üstündə olacaqlar
 | 
| إِنَّا أَنشَأْنَاهُنَّ إِنشَاءً (35) Biz Cənnətdəki qadınları yeni biçimdə yaradacağıq
 | 
| فَجَعَلْنَاهُنَّ أَبْكَارًا (36) Onları bakirə qızlar edəcəyik –
 | 
| عُرُبًا أَتْرَابًا (37) ərlərini sevən, həmyaşıdlar
 | 
| لِّأَصْحَابِ الْيَمِينِ (38) Bunlar sağ tərəf sahibləri üçündür
 | 
| ثُلَّةٌ مِّنَ الْأَوَّلِينَ (39) Onların çoxu əvvəlki nəsillərdən
 | 
| وَثُلَّةٌ مِّنَ الْآخِرِينَ (40) bir qismi də axırıncılardandır
 | 
| وَأَصْحَابُ الشِّمَالِ مَا أَصْحَابُ الشِّمَالِ (41) Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri
 | 
| فِي سَمُومٍ وَحَمِيمٍ (42) Onlar qızmar yel və qaynar su içində
 | 
| وَظِلٍّ مِّن يَحْمُومٍ (43) qapqara duman kölgəsində olacaqlar
 | 
| لَّا بَارِدٍ وَلَا كَرِيمٍ (44) Bu duman nə sərin, nə də xoşagələndir
 | 
| إِنَّهُمْ كَانُوا قَبْلَ ذَٰلِكَ مُتْرَفِينَ (45) Onlar bundan əvvəl cah-calal içində idilər
 | 
| وَكَانُوا يُصِرُّونَ عَلَى الْحِنثِ الْعَظِيمِ (46) böyük günah işlətməkdə israr edirdilər
 | 
| وَكَانُوا يَقُولُونَ أَئِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَامًا أَإِنَّا لَمَبْعُوثُونَ (47) və deyirdilər: “Məgər biz ölüb torpaq və sür-sümük olduqdan sonra yenidənmi dirildiləcəyik
 | 
| أَوَآبَاؤُنَا الْأَوَّلُونَ (48) Yaxud bizim əcdadlarımız dirildiləcəklərmi?”
 | 
| قُلْ إِنَّ الْأَوَّلِينَ وَالْآخِرِينَ (49) De: “Şübhəsiz ki, əvvəlkilər də, sonrakılar da
 | 
| لَمَجْمُوعُونَ إِلَىٰ مِيقَاتِ يَوْمٍ مَّعْلُومٍ (50) bəlli bir günün müəyyən vaxtında mütləq toplanılacaqlar
 | 
| ثُمَّ إِنَّكُمْ أَيُّهَا الضَّالُّونَ الْمُكَذِّبُونَ (51) Sonra, siz ey doğru yoldan azanlar, haqqı yalan sayanlar
 | 
| لَآكِلُونَ مِن شَجَرٍ مِّن زَقُّومٍ (52) Siz mütləq zəqqum ağacından yeyəcəksiniz
 | 
| فَمَالِئُونَ مِنْهَا الْبُطُونَ (53) qarınlarınızı onunla dolduracaqsınız
 | 
| فَشَارِبُونَ عَلَيْهِ مِنَ الْحَمِيمِ (54) üstündən də qaynar su içəcəksiniz
 | 
| فَشَارِبُونَ شُرْبَ الْهِيمِ (55) Siz onu susamış xəstə dəvələr kimi içəcəksiniz”
 | 
| هَٰذَا نُزُلُهُمْ يَوْمَ الدِّينِ (56) Bu onların Haqq-hesab günündəki ziyafətidir
 | 
| نَحْنُ خَلَقْنَاكُمْ فَلَوْلَا تُصَدِّقُونَ (57) Sizi Biz yaratdıq. Bəs nə üçün dirildiləcəyinizi təsdiq etmirsiniz
 | 
| أَفَرَأَيْتُم مَّا تُمْنُونَ (58) Axıtdığınız nütfəni gördünüzmü
 | 
| أَأَنتُمْ تَخْلُقُونَهُ أَمْ نَحْنُ الْخَالِقُونَ (59) Onu siz yaradırsınız, yoxsa Biz
 | 
| نَحْنُ قَدَّرْنَا بَيْنَكُمُ الْمَوْتَ وَمَا نَحْنُ بِمَسْبُوقِينَ (60) Sizin aranızda ölümü Biz müəyyən etdik və heç nə Bizim qarşımızı ala bilməz
 | 
| عَلَىٰ أَن نُّبَدِّلَ أَمْثَالَكُمْ وَنُنشِئَكُمْ فِي مَا لَا تَعْلَمُونَ (61) Sizi bənzərləriniz ilə əvəz etməyə və sizi özünüz bilmədiyiniz başqa bir şəkildə yaratmağa Bizə mane olan tapılmaz
 | 
| وَلَقَدْ عَلِمْتُمُ النَّشْأَةَ الْأُولَىٰ فَلَوْلَا تَذَكَّرُونَ (62) Siz ilk yaradılışı bilirsiniz. Bəs nə üçün dirildiləcəyiniz barədə düşünmürsünüz
 | 
| أَفَرَأَيْتُم مَّا تَحْرُثُونَ (63) Əkdiyinizi gördünüzmü
 | 
| أَأَنتُمْ تَزْرَعُونَهُ أَمْ نَحْنُ الزَّارِعُونَ (64) Onu siz bitirirsiniz, yoxsa Biz
 | 
| لَوْ نَشَاءُ لَجَعَلْنَاهُ حُطَامًا فَظَلْتُمْ تَفَكَّهُونَ (65) Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də heyrətə gələrdiniz
 | 
| إِنَّا لَمُغْرَمُونَ (66) və deyərdiniz: “Biz ziyana uğradıq
 | 
| بَلْ نَحْنُ مَحْرُومُونَ (67) Daha doğrusu nemətlərdən məhrum olduq!”
 | 
| أَفَرَأَيْتُمُ الْمَاءَ الَّذِي تَشْرَبُونَ (68) İçdiyiniz suyu gördünüzmü
 | 
| أَأَنتُمْ أَنزَلْتُمُوهُ مِنَ الْمُزْنِ أَمْ نَحْنُ الْمُنزِلُونَ (69) Onu buluddan siz endirirsiniz, yoxsa Biz
 | 
| لَوْ نَشَاءُ جَعَلْنَاهُ أُجَاجًا فَلَوْلَا تَشْكُرُونَ (70) Əgər istəsəydik, onu acı edərdik. Bəs nə üçün şükür etmirsiniz
 | 
| أَفَرَأَيْتُمُ النَّارَ الَّتِي تُورُونَ (71) Yandırdığınız odu gördünüzmü
 | 
| أَأَنتُمْ أَنشَأْتُمْ شَجَرَتَهَا أَمْ نَحْنُ الْمُنشِئُونَ (72) Onun ağacını siz yaradırsınız, yoxsa Biz
 | 
| نَحْنُ جَعَلْنَاهَا تَذْكِرَةً وَمَتَاعًا لِّلْمُقْوِينَ (73) Biz onu Cəhənnəmi yada salmaq və müsafirlərin istifadəsi üçün yaratdıq
 | 
| فَسَبِّحْ بِاسْمِ رَبِّكَ الْعَظِيمِ (74) Elə isə Ulu Rəbbinin adına təriflər de
 | 
| ۞ فَلَا أُقْسِمُ بِمَوَاقِعِ النُّجُومِ (75) Ulduzların batdığı yerlərə and olsun
 | 
| وَإِنَّهُ لَقَسَمٌ لَّوْ تَعْلَمُونَ عَظِيمٌ (76) Kaş bunun, doğrudan da, böyük bir and olduğunu biləydiniz
 | 
| إِنَّهُ لَقُرْآنٌ كَرِيمٌ (77) Həqiqətən, bu, ehtirama layiq Qurandır
 | 
| فِي كِتَابٍ مَّكْنُونٍ (78) qorunub saxlanılan Yazıdadır (Lövhi-məhfuzdadır)
 | 
| لَّا يَمَسُّهُ إِلَّا الْمُطَهَّرُونَ (79) Ona yalnız pak olanlar toxunur
 | 
| تَنزِيلٌ مِّن رَّبِّ الْعَالَمِينَ (80) O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir
 | 
| أَفَبِهَٰذَا الْحَدِيثِ أَنتُم مُّدْهِنُونَ (81) Siz bu kəlamı yalan sayırsınız
 | 
| وَتَجْعَلُونَ رِزْقَكُمْ أَنَّكُمْ تُكَذِّبُونَ (82) Sizə verilən ruziyə şükür etməyi, onu yalan saymaqla yerinə yetirirsiniz
 | 
| فَلَوْلَا إِذَا بَلَغَتِ الْحُلْقُومَ (83) Can boğaza yetişdiyi zaman –
 | 
| وَأَنتُمْ حِينَئِذٍ تَنظُرُونَ (84) həmin an siz can verən adama baxırsınız
 | 
| وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنكُمْ وَلَٰكِن لَّا تُبْصِرُونَ (85) Biz ona sizdən daha yaxın oluruq, siz isə bunu görmürsünüz
 | 
| فَلَوْلَا إِن كُنتُمْ غَيْرَ مَدِينِينَ (86) Madam ki siz iddianıza görə haqq-hesab olunmayacaqsınız
 | 
| تَرْجِعُونَهَا إِن كُنتُمْ صَادِقِينَ (87) və doğru danışanlarsınız, onda, o canı geri qaytarın
 | 
| فَأَمَّا إِن كَانَ مِنَ الْمُقَرَّبِينَ (88) Amma əgər o, Allaha yaxın olanlardandırsa
 | 
| فَرَوْحٌ وَرَيْحَانٌ وَجَنَّتُ نَعِيمٍ (89) onda rəhmətə, gözəl ruziyə və Nəim bağına yetişər
 | 
| وَأَمَّا إِن كَانَ مِنْ أَصْحَابِ الْيَمِينِ (90) Əgər o, sağ tərəf sahiblərindəndirsə
 | 
| فَسَلَامٌ لَّكَ مِنْ أَصْحَابِ الْيَمِينِ (91) ona: “Sağ tərəf sahiblərindən sənə salam olsun!”– deyiləcəkdir
 | 
| وَأَمَّا إِن كَانَ مِنَ الْمُكَذِّبِينَ الضَّالِّينَ (92) Yox əgər o, haqqı yalan sayanlardan və doğru yoldan azanlardandırsa
 | 
| فَنُزُلٌ مِّنْ حَمِيمٍ (93) onun ziyafəti qaynar su olacaq
 | 
| وَتَصْلِيَةُ جَحِيمٍ (94) özü də Cəhənnəmdə yanacaqdır
 | 
| إِنَّ هَٰذَا لَهُوَ حَقُّ الْيَقِينِ (95) Həqiqətən, bu, şübhə doğurmayan bir həqiqətdir
 | 
| فَسَبِّحْ بِاسْمِ رَبِّكَ الْعَظِيمِ (96) Elə isə Ulu Rəbbinin adına təriflər de
 |