إِذَا السَّمَاءُ انفَطَرَتْ (1) Göy parçalanacağı zaman |
وَإِذَا الْكَوَاكِبُ انتَثَرَتْ (2) ulduzlar səpələnəcəyi zaman |
وَإِذَا الْبِحَارُ فُجِّرَتْ (3) dənizlər daşıb bir-birinə qarışacağı zaman |
وَإِذَا الْقُبُورُ بُعْثِرَتْ (4) qəbirlər çevriləcəyi zaman |
عَلِمَتْ نَفْسٌ مَّا قَدَّمَتْ وَأَخَّرَتْ (5) hər kəs əvvəlcədən özü üçün nəyi tədarük edib, nəyi sonraya saxladığını biləcəkdir |
يَا أَيُّهَا الْإِنسَانُ مَا غَرَّكَ بِرَبِّكَ الْكَرِيمِ (6) Ey insan! Səni öz Səxavətli Rəbbinə qarşı qoyan nədir |
الَّذِي خَلَقَكَ فَسَوَّاكَ فَعَدَلَكَ (7) O ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi |
فِي أَيِّ صُورَةٍ مَّا شَاءَ رَكَّبَكَ (8) Səni istədiyi şəklə saldı |
كَلَّا بَلْ تُكَذِّبُونَ بِالدِّينِ (9) Xeyr! Əksinə, siz Qiyaməti yalan hesab edirsiniz |
وَإِنَّ عَلَيْكُمْ لَحَافِظِينَ (10) Həqiqətən, sizin üstünüzdə nəzarətçilər vardır – |
كِرَامًا كَاتِبِينَ (11) çox möhtərəm, əməllərinizi yazanlar |
يَعْلَمُونَ مَا تَفْعَلُونَ (12) Onlar sizin nə etdiklərinizi bilirlər |
إِنَّ الْأَبْرَارَ لَفِي نَعِيمٍ (13) Həqiqətən, itaətkarlar nemət içində olacaqlar |
وَإِنَّ الْفُجَّارَ لَفِي جَحِيمٍ (14) Şübhəsiz ki, günahkarlar da Cəhənnəmdə olacaqlar |
يَصْلَوْنَهَا يَوْمَ الدِّينِ (15) Onlar ora Haqq-hesab günü girəcəklər |
وَمَا هُمْ عَنْهَا بِغَائِبِينَ (16) Onlar əsla ondan yayına bilməyəcəklər |
وَمَا أَدْرَاكَ مَا يَوْمُ الدِّينِ (17) Sən haradan biləydin ki, Haqq-hesab günü nədir |
ثُمَّ مَا أَدْرَاكَ مَا يَوْمُ الدِّينِ (18) Doğrudan da, sən haradan biləydin ki, Haqq-hesab günü nədir |
يَوْمَ لَا تَمْلِكُ نَفْسٌ لِّنَفْسٍ شَيْئًا ۖ وَالْأَمْرُ يَوْمَئِذٍ لِّلَّهِ (19) O gün heç kəs heç kəsə fayda verə bilməz və həmin gün hakimiyyət Allaha məxsus olacaqdır |