عَبَسَ وَتَوَلَّىٰ (1) O qaşqabağını sallayıb üzünü yana çevirdi – |
أَن جَاءَهُ الْأَعْمَىٰ (2) yanına bir korun gəlməsinə görə |
وَمَا يُدْرِيكَ لَعَلَّهُ يَزَّكَّىٰ (3) Nə bilirdin ki, bəlkə o günahlardan təmizlənəcəkdi |
أَوْ يَذَّكَّرُ فَتَنفَعَهُ الذِّكْرَىٰ (4) və yaxud nəsihət dinləyib faydalanacaqdı |
أَمَّا مَنِ اسْتَغْنَىٰ (5) Nəsihətə ehtiyacı olmayana gəlincə isə – |
فَأَنتَ لَهُ تَصَدَّىٰ (6) sən ona diqqət yetirirsən |
وَمَا عَلَيْكَ أَلَّا يَزَّكَّىٰ (7) Onun təmizlənməməyinin sənə bir dəxli yoxdur |
وَأَمَّا مَن جَاءَكَ يَسْعَىٰ (8) Səy göstərib sənin yanına gələn |
وَهُوَ يَخْشَىٰ (9) Allahdan qorxan kimsəyə gəlincə |
فَأَنتَ عَنْهُ تَلَهَّىٰ (10) ona məhəl qoymursan |
كَلَّا إِنَّهَا تَذْكِرَةٌ (11) Xeyr! Şübhəsiz ki, bu, bir nəsihətdir |
فَمَن شَاءَ ذَكَرَهُ (12) Kim istəsə, qoy onu xatırlayıb ibrət alsın |
فِي صُحُفٍ مُّكَرَّمَةٍ (13) Bu Quran kəramətli səhifələrdədir |
مَّرْفُوعَةٍ مُّطَهَّرَةٍ (14) yüksək və pak səhifələrdədir |
بِأَيْدِي سَفَرَةٍ (15) Bu səhifələr elçilərin əllərində – |
كِرَامٍ بَرَرَةٍ (16) möhtərəm və müti olanların əllərindədir |
قُتِلَ الْإِنسَانُ مَا أَكْفَرَهُ (17) Qoy ölsün kafir insan! O necə də nankordur |
مِنْ أَيِّ شَيْءٍ خَلَقَهُ (18) Qoy baxıb görsün Allah onu nədən yaradıb |
مِن نُّطْفَةٍ خَلَقَهُ فَقَدَّرَهُ (19) Allah onu nütfədən yaratdı və müəyyən şəkildə formalaşdırdı |
ثُمَّ السَّبِيلَ يَسَّرَهُ (20) Sonra da onun yolunu asanlaşdırdı |
ثُمَّ أَمَاتَهُ فَأَقْبَرَهُ (21) Sonra onu öldürüb qəbirə yerləşdirdi |
ثُمَّ إِذَا شَاءَ أَنشَرَهُ (22) İstədiyi bir zaman onu dirildəcəkdir |
كَلَّا لَمَّا يَقْضِ مَا أَمَرَهُ (23) Xeyr! O, hələ də Allahın ona buyurduğunu yerinə yetirməmişdir |
فَلْيَنظُرِ الْإِنسَانُ إِلَىٰ طَعَامِهِ (24) Qoy insan yediyinə diqqət yetirsin bir az |
أَنَّا صَبَبْنَا الْمَاءَ صَبًّا (25) Həqiqətən, yağışı bol-bol Biz yağdırırıq |
ثُمَّ شَقَقْنَا الْأَرْضَ شَقًّا (26) Sonra da yeri çat-çat yarıb |
فَأَنبَتْنَا فِيهَا حَبًّا (27) orada taxıl yetişdiririk |
وَعِنَبًا وَقَضْبًا (28) Habelə üzüm və yonca |
وَزَيْتُونًا وَنَخْلًا (29) zeytun və xurma ağacları |
وَحَدَائِقَ غُلْبًا (30) sıx-sıx bağlar |
وَفَاكِهَةً وَأَبًّا (31) meyvələr və otlar da bitiririk |
مَّتَاعًا لَّكُمْ وَلِأَنْعَامِكُمْ (32) Bu nemətlər sizin istifadəniz və mal-qaranızın faydalanması üçündür |
فَإِذَا جَاءَتِ الصَّاخَّةُ (33) Qulaqbatırıcı bir səs gələndə – |
يَوْمَ يَفِرُّ الْمَرْءُ مِنْ أَخِيهِ (34) o gün insan qaçacaq öz qardaşından |
وَأُمِّهِ وَأَبِيهِ (35) anasından, atasından |
وَصَاحِبَتِهِ وَبَنِيهِ (36) arvadından və övladlarından |
لِكُلِّ امْرِئٍ مِّنْهُمْ يَوْمَئِذٍ شَأْنٌ يُغْنِيهِ (37) O gün onlardan hər birinin yetərincə işi olacaqdır |
وُجُوهٌ يَوْمَئِذٍ مُّسْفِرَةٌ (38) O gün neçə-neçə üzlər parlayacaq |
ضَاحِكَةٌ مُّسْتَبْشِرَةٌ (39) güləcək və fərəhlənəcəkdir |
وَوُجُوهٌ يَوْمَئِذٍ عَلَيْهَا غَبَرَةٌ (40) O gün neçə-neçə üzlərə toz-torpaq hopacaq |
تَرْهَقُهَا قَتَرَةٌ (41) onları zülmət bürüyəcəkdir |
أُولَٰئِكَ هُمُ الْكَفَرَةُ الْفَجَرَةُ (42) Məhz onlar kafirlər, günahkarlardır |