| ن ۚ وَالْقَلَمِ وَمَا يَسْطُرُونَ (1) Nun. And olsun qələmə və qələmə alınanlara
 | 
| مَا أَنتَ بِنِعْمَةِ رَبِّكَ بِمَجْنُونٍ (2) Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən
 | 
| وَإِنَّ لَكَ لَأَجْرًا غَيْرَ مَمْنُونٍ (3) Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır
 | 
| وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٍ (4) Həqiqətən də, sən böyük əxlaq sahibisən
 | 
| فَسَتُبْصِرُ وَيُبْصِرُونَ (5) Sən də görəcəksən, onlar da –
 | 
| بِأَييِّكُمُ الْمَفْتُونُ (6) hansınızın dəli olduğunu
 | 
| إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِ وَهُوَ أَعْلَمُ بِالْمُهْتَدِينَ (7) Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır
 | 
| فَلَا تُطِعِ الْمُكَذِّبِينَ (8) Elə isə haqqı yalan sayanlara güzəştə getmə
 | 
| وَدُّوا لَوْ تُدْهِنُ فَيُدْهِنُونَ (9) Müşriklər istəyirlər ki, sən onlara güzəşt edəsən, onlar da sənə güzəşt etsinlər
 | 
| وَلَا تُطِعْ كُلَّ حَلَّافٍ مَّهِينٍ (10) İtaət etmə hər tez-tez and içənə, alçağa
 | 
| هَمَّازٍ مَّشَّاءٍ بِنَمِيمٍ (11) qeybət edənə, dedi-qodu yayana
 | 
| مَّنَّاعٍ لِّلْخَيْرِ مُعْتَدٍ أَثِيمٍ (12) xeyrə mane olana, həddi aşana, günahkara
 | 
| عُتُلٍّ بَعْدَ ذَٰلِكَ زَنِيمٍ (13) daş ürəkliyə, bunlardan sonra da başqasının adını mənimsəyən fırıldaqçıya –
 | 
| أَن كَانَ ذَا مَالٍ وَبَنِينَ (14) o adam var-dövlət və oğul-uşaq sahibi olsa belə
 | 
| إِذَا تُتْلَىٰ عَلَيْهِ آيَاتُنَا قَالَ أَسَاطِيرُ الْأَوَّلِينَ (15) Ayələrimiz ona oxunduğu zaman: “Bu, keçmişdəkilərin əsatirlərindəndir!”– deyər
 | 
| سَنَسِمُهُ عَلَى الْخُرْطُومِ (16) Biz onun burnuna damğa vuracağıq
 | 
| إِنَّا بَلَوْنَاهُمْ كَمَا بَلَوْنَا أَصْحَابَ الْجَنَّةِ إِذْ أَقْسَمُوا لَيَصْرِمُنَّهَا مُصْبِحِينَ (17) Həqiqətən, Biz bağ sahiblərini sınağa çəkdiyimiz kimi onları da sınağa çəkdik. O zaman bağ sahibləri səhər açılanda bağda olan meyvələri mütləq dərəcəklərinə and içmişdilər
 | 
| وَلَا يَسْتَثْنُونَ (18) və heç bir istisna da etməmişdilər (“inşallah” deməmişdilər)
 | 
| فَطَافَ عَلَيْهَا طَائِفٌ مِّن رَّبِّكَ وَهُمْ نَائِمُونَ (19) Onlar yuxuda ikən Rəbbinin əzabı o bağı bürüdü
 | 
| فَأَصْبَحَتْ كَالصَّرِيمِ (20) Bağ yanıb zülmət gecə kimi qapqara oldu
 | 
| فَتَنَادَوْا مُصْبِحِينَ (21) Onlar səhər qalxdıqda bir-birlərini çağırdılar
 | 
| أَنِ اغْدُوا عَلَىٰ حَرْثِكُمْ إِن كُنتُمْ صَارِمِينَ (22) “Əgər meyvə dərəcəksinizsə, bağınıza erkən gedin!”
 | 
| فَانطَلَقُوا وَهُمْ يَتَخَافَتُونَ (23) Onlar bağa yollandılar, yol boyu da bir-birlərinə belə pıçıldayırdılar
 | 
| أَن لَّا يَدْخُلَنَّهَا الْيَوْمَ عَلَيْكُم مِّسْكِينٌ (24) “Bu gün oraya – yanınıza heç bir kasıb girməsin!”
 | 
| وَغَدَوْا عَلَىٰ حَرْدٍ قَادِرِينَ (25) Onlar bu məqsədlə kasıbları bağa buraxmamağa qadir olacaqlarını zənn edib erkən getdilər
 | 
| فَلَمَّا رَأَوْهَا قَالُوا إِنَّا لَضَالُّونَ (26) Bağı görəndə isə belə dedilər: “Deyəsən, biz düz gəlməmişik
 | 
| بَلْ نَحْنُ مَحْرُومُونَ (27) Xeyr! Biz bu bağın xeyrindən məhrum olmuşuq!”
 | 
| قَالَ أَوْسَطُهُمْ أَلَمْ أَقُل لَّكُمْ لَوْلَا تُسَبِّحُونَ (28) Onların ən insaflısı dedi: “Məgər mən sizə Allahın şəninə təriflər söyləyin deməmişdimmi?”
 | 
| قَالُوا سُبْحَانَ رَبِّنَا إِنَّا كُنَّا ظَالِمِينَ (29) Onlar dedilər: “Rəbbimiz pakdır, müqəddəsdir! Həqiqətən də, biz özümüzə zülm etmişik!”
 | 
| فَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ يَتَلَاوَمُونَ (30) Onlar dönüb bir-birlərini qınamağa başladılar
 | 
| قَالُوا يَا وَيْلَنَا إِنَّا كُنَّا طَاغِينَ (31) və dedilər: “Vay halımıza! Biz həddi aşanlarıq
 | 
| عَسَىٰ رَبُّنَا أَن يُبْدِلَنَا خَيْرًا مِّنْهَا إِنَّا إِلَىٰ رَبِّنَا رَاغِبُونَ (32) Ola bilsin ki, Rəbbimiz bizə bu bağın əvəzinə ondan daha yaxşısını versin. Əlbəttə, biz Rəbbimizə yönəlirik”
 | 
| كَذَٰلِكَ الْعَذَابُ ۖ وَلَعَذَابُ الْآخِرَةِ أَكْبَرُ ۚ لَوْ كَانُوا يَعْلَمُونَ (33) Dünyadakı əzab belədir. Axirət əzabı isə daha böyükdür! Kaş biləydilər
 | 
| إِنَّ لِلْمُتَّقِينَ عِندَ رَبِّهِمْ جَنَّاتِ النَّعِيمِ (34) Şübhəsiz ki, müttəqilər üçün Rəbbin dərgahında Nəim bağları hazırlanmışdır
 | 
| أَفَنَجْعَلُ الْمُسْلِمِينَ كَالْمُجْرِمِينَ (35) Biz heç müsəlmanları günahkarlara tay tutarıqmı
 | 
| مَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ (36) Sizə nə olub, necə hökm verirsiniz
 | 
| أَمْ لَكُمْ كِتَابٌ فِيهِ تَدْرُسُونَ (37) Yoxsa sizin elə bir kitabınız vardır ki, üsyankarla itaətkarın eyni olduğunu ondan oxuyursunuz
 | 
| إِنَّ لَكُمْ فِيهِ لَمَا تَخَيَّرُونَ (38) Ya da onda bəyəndiyiniz hər bir şeyin sizin olacağı yazılmışdır
 | 
| أَمْ لَكُمْ أَيْمَانٌ عَلَيْنَا بَالِغَةٌ إِلَىٰ يَوْمِ الْقِيَامَةِ ۙ إِنَّ لَكُمْ لَمَا تَحْكُمُونَ (39) Yaxud Bizimlə Qiyamət gününədək əhd bağlamısınız ki, istədiyiniz hər şey sizin olacaqdır
 | 
| سَلْهُمْ أَيُّهُم بِذَٰلِكَ زَعِيمٌ (40) Onlardan soruş ki, kim buna zamin duracaqdır
 | 
| أَمْ لَهُمْ شُرَكَاءُ فَلْيَأْتُوا بِشُرَكَائِهِمْ إِن كَانُوا صَادِقِينَ (41) Yoxsa onların şərikləri vardır? Əgər doğru danışırlarsa, onda qoy şəriklərini gətirsinlər
 | 
| يَوْمَ يُكْشَفُ عَن سَاقٍ وَيُدْعَوْنَ إِلَى السُّجُودِ فَلَا يَسْتَطِيعُونَ (42) Ayağın açılacağı və onlar səcdəyə çağırılacaqları, lakin buna qadir ola bilməyəcəkləri gün –
 | 
| خَاشِعَةً أَبْصَارُهُمْ تَرْهَقُهُمْ ذِلَّةٌ ۖ وَقَدْ كَانُوا يُدْعَوْنَ إِلَى السُّجُودِ وَهُمْ سَالِمُونَ (43) onların baxışları yazıq görkəm alacaq, özlərini də zillət bürüyəcəkdir. Hərçənd ki, onlar dünyada ikən sağ-salamat halda səcdə qılmağa dəvət olunurdular
 | 
| فَذَرْنِي وَمَن يُكَذِّبُ بِهَٰذَا الْحَدِيثِ ۖ سَنَسْتَدْرِجُهُم مِّنْ حَيْثُ لَا يَعْلَمُونَ (44) Bu Sözü yalan sayanları Mənim öhdəmə burax. Biz onları tovlayıb bilmədikləri bir yöndən tədricən əzaba sürükləyirik
 | 
| وَأُمْلِي لَهُمْ ۚ إِنَّ كَيْدِي مَتِينٌ (45) Hələlik Mən onlara möhlət verirəm. Şübhəsiz ki, Mənim kafirlər üçün qurduğum hiyləm çox güclüdür
 | 
| أَمْ تَسْأَلُهُمْ أَجْرًا فَهُم مِّن مَّغْرَمٍ مُّثْقَلُونَ (46) Yoxsa sən onlardan bir muzd istəyirsən və onlar da ağır bir borca düşüblər
 | 
| أَمْ عِندَهُمُ الْغَيْبُ فَهُمْ يَكْتُبُونَ (47) Yoxsa qeyb onların əlindədir və onlar da ona baxıb istədiklərini yazırlar
 | 
| فَاصْبِرْ لِحُكْمِ رَبِّكَ وَلَا تَكُن كَصَاحِبِ الْحُوتِ إِذْ نَادَىٰ وَهُوَ مَكْظُومٌ (48) Sən öz Rəbbinin hökmünə səbir et və balıq sahibi Yunus kimi olma! O zaman o, qəm-qüssə içində Rəbbinə dua etmişdi
 | 
| لَّوْلَا أَن تَدَارَكَهُ نِعْمَةٌ مِّن رَّبِّهِ لَنُبِذَ بِالْعَرَاءِ وَهُوَ مَذْمُومٌ (49) Əgər Rəbbinin mərhəməti ona yetişməsəydi, o, qınanmış halda heç bir bitki bitməyən boş yerə atılacaqdı
 | 
| فَاجْتَبَاهُ رَبُّهُ فَجَعَلَهُ مِنَ الصَّالِحِينَ (50) Lakin Rəbbi onu seçib əməlisalehlərdən etdi
 | 
| وَإِن يَكَادُ الَّذِينَ كَفَرُوا لَيُزْلِقُونَكَ بِأَبْصَارِهِمْ لَمَّا سَمِعُوا الذِّكْرَ وَيَقُولُونَ إِنَّهُ لَمَجْنُونٌ (51) Həqiqətən, kafirlər Zikri (Quranı) eşitdikləri zaman öz baxışları ilə az qala səni gözə gətirələr. Onlar çarəsizlikdən: “O, dəlidir!”– deyirlər
 | 
| وَمَا هُوَ إِلَّا ذِكْرٌ لِّلْعَالَمِينَ (52) Halbuki bu Quran aləmlər üçün öyüd-nəsihətdən başqa bir şey deyildir
 |