| وَالسَّمَاءِ ذَاتِ الْبُرُوجِ (1) And olsun bürclü göyə
 | 
| وَالْيَوْمِ الْمَوْعُودِ (2) And olsun vədə verilmiş günə
 | 
| وَشَاهِدٍ وَمَشْهُودٍ (3) And olsun şahidlik edənə və edilənə
 | 
| قُتِلَ أَصْحَابُ الْأُخْدُودِ (4) Məhv olsun xəndək kənarında yığışanlar
 | 
| النَّارِ ذَاتِ الْوَقُودِ (5) Odunla alışdırılmış xəndək
 | 
| إِذْ هُمْ عَلَيْهَا قُعُودٌ (6) Onlar o xəndəyin qırağında oturub
 | 
| وَهُمْ عَلَىٰ مَا يَفْعَلُونَ بِالْمُؤْمِنِينَ شُهُودٌ (7) möminlərə öz verdikləri işgəncələrə şahidlik edirdilər
 | 
| وَمَا نَقَمُوا مِنْهُمْ إِلَّا أَن يُؤْمِنُوا بِاللَّهِ الْعَزِيزِ الْحَمِيدِ (8) Kafirlər onlardan yalnız Qüdrətli, Tərifəlayiq Allaha iman gətirdiklərinə görə intiqam alırdılar
 | 
| الَّذِي لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدٌ (9) Halbuki, göylərdə və yerdə mütləq hakimiyyət Ona məxsusdur. Allah hər şeyə Şahiddir
 | 
| إِنَّ الَّذِينَ فَتَنُوا الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ ثُمَّ لَمْ يَتُوبُوا فَلَهُمْ عَذَابُ جَهَنَّمَ وَلَهُمْ عَذَابُ الْحَرِيقِ (10) O kəslər ki, mömin kişi və qadınları yandırmaqla sınağa çəkmiş, sonra da tövbə etməmişlər, onlara Cəhənnəm əzabı və onları yandırıb-yaxacaq od əzabı hazırlanmışdır
 | 
| إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُمْ جَنَّاتٌ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ ۚ ذَٰلِكَ الْفَوْزُ الْكَبِيرُ (11) Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər üçün ağacları altından çaylar axan Cənnət bağları vardır. Bu, böyük müvəffəqiyyətdir
 | 
| إِنَّ بَطْشَ رَبِّكَ لَشَدِيدٌ (12) Doğrudan da, Rəbbinin günahkarları yaxalaması çox şiddətlidir
 | 
| إِنَّهُ هُوَ يُبْدِئُ وَيُعِيدُ (13) Həqiqətən, O, hər şeyi ilkin yaradır və onu yenidən bərpa edir
 | 
| وَهُوَ الْغَفُورُ الْوَدُودُ (14) Bağışlayan da, Sevən də Odur
 | 
| ذُو الْعَرْشِ الْمَجِيدُ (15) Ərşin sahibidir, Şan-şöhrətlidir
 | 
| فَعَّالٌ لِّمَا يُرِيدُ (16) İstədiyini edəndir
 | 
| هَلْ أَتَاكَ حَدِيثُ الْجُنُودِ (17) Qoşunlar haqqında əhvalat sənə çatıbmı
 | 
| فِرْعَوْنَ وَثَمُودَ (18) Firon və Səmud qoşunlarının
 | 
| بَلِ الَّذِينَ كَفَرُوا فِي تَكْذِيبٍ (19) Xeyr, küfr edənlər haqqı yalan saymaqdadırlar
 | 
| وَاللَّهُ مِن وَرَائِهِم مُّحِيطٌ (20) Allah onları arxadan əhatə etmişdir
 | 
| بَلْ هُوَ قُرْآنٌ مَّجِيدٌ (21) Bəli, bu şanlı Qurandır
 | 
| فِي لَوْحٍ مَّحْفُوظٍ (22) O, mühafizə edilən lövhədədir
 |