وَالذَّارِيَاتِ ذَرْوًا (1) And olsun toz-torpağı ətrafa səpələyənlərə |
فَالْحَامِلَاتِ وِقْرًا (2) And olsun yağmur yükü daşıyanlara |
فَالْجَارِيَاتِ يُسْرًا (3) And olsun asanlıqla üzüb gedənlərə |
فَالْمُقَسِّمَاتِ أَمْرًا (4) And olsun işləri paylaşdıranlara |
إِنَّمَا تُوعَدُونَ لَصَادِقٌ (5) Sizə vəd olunanlar həqiqətdir |
وَإِنَّ الدِّينَ لَوَاقِعٌ (6) Haqq-hesab da mütləq çəkiləcəkdir |
وَالسَّمَاءِ ذَاتِ الْحُبُكِ (7) And olsun gözəl görünüşü olan səmaya |
إِنَّكُمْ لَفِي قَوْلٍ مُّخْتَلِفٍ (8) Sizin sözləriniz ziddiyyətlidir |
يُؤْفَكُ عَنْهُ مَنْ أُفِكَ (9) Ondan (Qurandan və Peyğəmbərdən) dönən kimsə döndərilər |
قُتِلَ الْخَرَّاصُونَ (10) Məhv olsun yalançılar |
الَّذِينَ هُمْ فِي غَمْرَةٍ سَاهُونَ (11) O kəslər ki, cəhalət içində olan qafillərdir |
يَسْأَلُونَ أَيَّانَ يَوْمُ الدِّينِ (12) Onlar Haqq-hesab gününün nə vaxt olacağını soruşurlar |
يَوْمَ هُمْ عَلَى النَّارِ يُفْتَنُونَ (13) O gün onlara odda əzab veriləcəkdir |
ذُوقُوا فِتْنَتَكُمْ هَٰذَا الَّذِي كُنتُم بِهِ تَسْتَعْجِلُونَ (14) Onlara deyiləcək: “Dadın əzabınızı! Sizin tez-tələsik gəlməsini istədiyiniz şey budur!” |
إِنَّ الْمُتَّقِينَ فِي جَنَّاتٍ وَعُيُونٍ (15) Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və bulaqlar başında olacaqlar |
آخِذِينَ مَا آتَاهُمْ رَبُّهُمْ ۚ إِنَّهُمْ كَانُوا قَبْلَ ذَٰلِكَ مُحْسِنِينَ (16) öz Rəbbinin onlara verdiyini alacaqlar. Həqiqətən, onlar bundan əvvəl yaxşı iş görən adamlar olmuşdular |
كَانُوا قَلِيلًا مِّنَ اللَّيْلِ مَا يَهْجَعُونَ (17) Onlar gecələr ibadət edib az yatırdılar |
وَبِالْأَسْحَارِ هُمْ يَسْتَغْفِرُونَ (18) Sübh çağı isə bağışlanma diləyirdilər |
وَفِي أَمْوَالِهِمْ حَقٌّ لِّلسَّائِلِ وَالْمَحْرُومِ (19) Onların mal-dövlətində dilənçinin və yoxsulun payı vardır |
وَفِي الْأَرْضِ آيَاتٌ لِّلْمُوقِنِينَ (20) Qəti inananlar üçün yer üzündə dəlillər vardır |
وَفِي أَنفُسِكُمْ ۚ أَفَلَا تُبْصِرُونَ (21) Sizin özünüzdə də dəlillər vardır. Məgər görmürsünüz |
وَفِي السَّمَاءِ رِزْقُكُمْ وَمَا تُوعَدُونَ (22) Sizin ruziniz və sizə vəd olunan şeylər göydədir |
فَوَرَبِّ السَّمَاءِ وَالْأَرْضِ إِنَّهُ لَحَقٌّ مِّثْلَ مَا أَنَّكُمْ تَنطِقُونَ (23) Göyün və yerin Rəbbinə and olsun ki, bu vəd sizin danışmağa qüdrətiniz olduğu kimi həqiqətdir |
هَلْ أَتَاكَ حَدِيثُ ضَيْفِ إِبْرَاهِيمَ الْمُكْرَمِينَ (24) İbrahimin möhtərəm qonaqlarının əhvalatı sənə gəlib çatdımı |
إِذْ دَخَلُوا عَلَيْهِ فَقَالُوا سَلَامًا ۖ قَالَ سَلَامٌ قَوْمٌ مُّنكَرُونَ (25) Onlar onun yanına daxil olub: “Sənə salam olsun!”– dedilər. İbrahim: “Sizə də salam olsun! Siz yad adamlara oxşayırsınız!”– dedi |
فَرَاغَ إِلَىٰ أَهْلِهِ فَجَاءَ بِعِجْلٍ سَمِينٍ (26) O, təşviş içində ailəsinin yanına getdi və kök bir buzov qızardıb gətirdi |
فَقَرَّبَهُ إِلَيْهِمْ قَالَ أَلَا تَأْكُلُونَ (27) Onu qabaqlarına qoyub: “Yemək yeməyəcəksinizmi?”– dedi |
فَأَوْجَسَ مِنْهُمْ خِيفَةً ۖ قَالُوا لَا تَخَفْ ۖ وَبَشَّرُوهُ بِغُلَامٍ عَلِيمٍ (28) O, qonaqların yemədiklərini görüb onlardan qorxuya düşdü. Onlar: “Qorxma!”– dedilər və ona elmli bir oğlan uşağı ilə müjdə verdilər |
فَأَقْبَلَتِ امْرَأَتُهُ فِي صَرَّةٍ فَصَكَّتْ وَجْهَهَا وَقَالَتْ عَجُوزٌ عَقِيمٌ (29) Zövcəsi qışqırıb üz-gözünə vura-vura dedi: “Axı mən sonsuz qoca qarıyam!” |
قَالُوا كَذَٰلِكِ قَالَ رَبُّكِ ۖ إِنَّهُ هُوَ الْحَكِيمُ الْعَلِيمُ (30) Onlar dedilər: “Sənin Rəbbin belə demişdir. Həqiqətən, O, Müdrikdir, Biləndir!” |
۞ قَالَ فَمَا خَطْبُكُمْ أَيُّهَا الْمُرْسَلُونَ (31) İbrahim dedi: “Sizin işiniz nədir, ey elçilər?” |
قَالُوا إِنَّا أُرْسِلْنَا إِلَىٰ قَوْمٍ مُّجْرِمِينَ (32) Onlar dedilər: “Biz günahkar bir qövmə göndərilmişik ki |
لِنُرْسِلَ عَلَيْهِمْ حِجَارَةً مِّن طِينٍ (33) onların üstünə gildən daşlar yağdıraq – |
مُّسَوَّمَةً عِندَ رَبِّكَ لِلْمُسْرِفِينَ (34) həddi aşanlar üçün sənin Rəbbinin yanında nişan qoyulmuş daşlar!” |
فَأَخْرَجْنَا مَن كَانَ فِيهَا مِنَ الْمُؤْمِنِينَ (35) Biz orada olan möminləri o kənddən çıxartdıq |
فَمَا وَجَدْنَا فِيهَا غَيْرَ بَيْتٍ مِّنَ الْمُسْلِمِينَ (36) Amma orada bir evdən başqa müsəlman tapmadıq |
وَتَرَكْنَا فِيهَا آيَةً لِّلَّذِينَ يَخَافُونَ الْعَذَابَ الْأَلِيمَ (37) Ağrılı-acılı əzabdan qorxanlar üçün orada bir əlamət qoyduq |
وَفِي مُوسَىٰ إِذْ أَرْسَلْنَاهُ إِلَىٰ فِرْعَوْنَ بِسُلْطَانٍ مُّبِينٍ (38) Musanın əhvalatında da ibrət vardır. O zaman Biz onu Fironun yanına aydın bir dəlillə göndərmişdik |
فَتَوَلَّىٰ بِرُكْنِهِ وَقَالَ سَاحِرٌ أَوْ مَجْنُونٌ (39) O, öz camaatı ilə birlikdə üz çevirib: “Bu sehrbazdır, ya da dəlidir!”– dedi |
فَأَخَذْنَاهُ وَجُنُودَهُ فَنَبَذْنَاهُمْ فِي الْيَمِّ وَهُوَ مُلِيمٌ (40) Biz Fironu və əsgərlərini yaxalayıb dənizə atdıq. O, qınanmağa layiq idi |
وَفِي عَادٍ إِذْ أَرْسَلْنَا عَلَيْهِمُ الرِّيحَ الْعَقِيمَ (41) Ad qövmünün hekayətində də ibrət vardır. O zaman Biz onların üstünə xeyir-bərəkətsiz bir külək göndərmişdik |
مَا تَذَرُ مِن شَيْءٍ أَتَتْ عَلَيْهِ إِلَّا جَعَلَتْهُ كَالرَّمِيمِ (42) O külək üstündən keçdiyi hər bir şeyi sovurub külə döndərirdi |
وَفِي ثَمُودَ إِذْ قِيلَ لَهُمْ تَمَتَّعُوا حَتَّىٰ حِينٍ (43) Səmud qövmünün hekayətində də ibrət vardır. O zaman onlara: “Müəyyən vaxtadək dolanıb-keçinin!”– deyilmişdi |
فَعَتَوْا عَنْ أَمْرِ رَبِّهِمْ فَأَخَذَتْهُمُ الصَّاعِقَةُ وَهُمْ يَنظُرُونَ (44) Onlar öz Rəbbinin əmrindən çıxdılar və onları gözləri baxa-baxa ildırım vurdu |
فَمَا اسْتَطَاعُوا مِن قِيَامٍ وَمَا كَانُوا مُنتَصِرِينَ (45) Onlar ayağa qalxa bilmədilər və onlara kömək edən də olmadı |
وَقَوْمَ نُوحٍ مِّن قَبْلُ ۖ إِنَّهُمْ كَانُوا قَوْمًا فَاسِقِينَ (46) Daha əvvəl Nuh qövmünü məhv etdik. Çünki onlar fasiq adamlar idilər |
وَالسَّمَاءَ بَنَيْنَاهَا بِأَيْدٍ وَإِنَّا لَمُوسِعُونَ (47) Biz göyü qüdrətlə yaratdıq və Biz onu genişləndiririk |
وَالْأَرْضَ فَرَشْنَاهَا فَنِعْمَ الْمَاهِدُونَ (48) Yeri də Biz döşədik. Nə gözəl döşəyənlərik Biz |
وَمِن كُلِّ شَيْءٍ خَلَقْنَا زَوْجَيْنِ لَعَلَّكُمْ تَذَكَّرُونَ (49) Biz hər şeydən erkək və dişi olmaqla cütlər yaratdıq ki, bəlkə, düşünüb ibrət alasınız |
فَفِرُّوا إِلَى اللَّهِ ۖ إِنِّي لَكُم مِّنْهُ نَذِيرٌ مُّبِينٌ (50) De: “Allaha tərəf qaçın! Mən sizi Onunla açıq-aşkar qorxudub xəbərdar edənəm |
وَلَا تَجْعَلُوا مَعَ اللَّهِ إِلَٰهًا آخَرَ ۖ إِنِّي لَكُم مِّنْهُ نَذِيرٌ مُّبِينٌ (51) Allahla yanaşı başqa bir məbud qəbul etməyin. Mən sizi Onunla açıq-aşkar qorxudub xəbərdar edənəm!” |
كَذَٰلِكَ مَا أَتَى الَّذِينَ مِن قَبْلِهِم مِّن رَّسُولٍ إِلَّا قَالُوا سَاحِرٌ أَوْ مَجْنُونٌ (52) Beləcə, onlardan əvvəlkilərə də elə bir elçi gəlmədi ki, onun barəsində: “Sehrbazdır, ya da dəlidir!”– deməsinlər |
أَتَوَاصَوْا بِهِ ۚ بَلْ هُمْ قَوْمٌ طَاغُونَ (53) Onlar bunu bir-birinə vəsiyyətmi etmişlər? Xeyr, onlar həddi aşan adamlardır |
فَتَوَلَّ عَنْهُمْ فَمَا أَنتَ بِمَلُومٍ (54) Artıq onlardan üz döndər! Sən buna görə qınanmazsan |
وَذَكِّرْ فَإِنَّ الذِّكْرَىٰ تَنفَعُ الْمُؤْمِنِينَ (55) Sən xatırlat! Çünki xatırlatmaq möminlərə fayda verir |
وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنسَ إِلَّا لِيَعْبُدُونِ (56) Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım |
مَا أُرِيدُ مِنْهُم مِّن رِّزْقٍ وَمَا أُرِيدُ أَن يُطْعِمُونِ (57) Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni yedirtmələrini də istəmirəm |
إِنَّ اللَّهَ هُوَ الرَّزَّاقُ ذُو الْقُوَّةِ الْمَتِينُ (58) Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir |
فَإِنَّ لِلَّذِينَ ظَلَمُوا ذَنُوبًا مِّثْلَ ذَنُوبِ أَصْحَابِهِمْ فَلَا يَسْتَعْجِلُونِ (59) Şübhəsiz ki, zülm edənləri həmtaylarının qisməti kimi bir qismət gözləyir. Qoy onlar Məni tələsdirməsinlər |
فَوَيْلٌ لِّلَّذِينَ كَفَرُوا مِن يَوْمِهِمُ الَّذِي يُوعَدُونَ (60) Onlara vəd olunmuş Gündən ötrü vay kafirlərin halına |