| اقْرَأْ بِاسْمِ رَبِّكَ الَّذِي خَلَقَ (1) Yaradan Rəbbinin adı ilə oxu
 | 
| خَلَقَ الْإِنسَانَ مِنْ عَلَقٍ (2) O, insanı qan laxtasından yaratdı
 | 
| اقْرَأْ وَرَبُّكَ الْأَكْرَمُ (3) Oxu! Sənin Rəbbin müqayisəsiz səxavətə malikdir
 | 
| الَّذِي عَلَّمَ بِالْقَلَمِ (4) O, qələmlə yazmağı öyrətdi
 | 
| عَلَّمَ الْإِنسَانَ مَا لَمْ يَعْلَمْ (5) İnsana bilmədiklərini öyrətdi
 | 
| كَلَّا إِنَّ الْإِنسَانَ لَيَطْغَىٰ (6) Xeyr! İnsan, doğrudan da, həddini aşır –
 | 
| أَن رَّآهُ اسْتَغْنَىٰ (7) özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə
 | 
| إِنَّ إِلَىٰ رَبِّكَ الرُّجْعَىٰ (8) Axı son dönüşün Rəbbinədir
 | 
| أَرَأَيْتَ الَّذِي يَنْهَىٰ (9) Gördünmü o kəsi ki, mane olur –
 | 
| عَبْدًا إِذَا صَلَّىٰ (10) bir bəndəyə namaz qıldığı zaman
 | 
| أَرَأَيْتَ إِن كَانَ عَلَى الْهُدَىٰ (11) Söylə görək, əgər o bəndə doğru yoldadırsa
 | 
| أَوْ أَمَرَ بِالتَّقْوَىٰ (12) yaxud Allahdan qorxmağı əmr edirsə, onda necə olsun
 | 
| أَرَأَيْتَ إِن كَذَّبَ وَتَوَلَّىٰ (13) Söylə görək, əgər o kafir haqqı yalan sayıb üz döndəribsə, onda necə olsun
 | 
| أَلَمْ يَعْلَم بِأَنَّ اللَّهَ يَرَىٰ (14) Məgər o bilmir ki, Allah görür
 | 
| كَلَّا لَئِن لَّمْ يَنتَهِ لَنَسْفَعًا بِالنَّاصِيَةِ (15) Xeyr! Əgər yaramaz əməlinə son qoymasa, Biz onun kəkilindən tutacağıq –
 | 
| نَاصِيَةٍ كَاذِبَةٍ خَاطِئَةٍ (16) yalançı, günahkar kəkilindən
 | 
| فَلْيَدْعُ نَادِيَهُ (17) Qoy öz yığnağını çağırsın
 | 
| سَنَدْعُ الزَّبَانِيَةَ (18) Biz də əzab mələklərini çağıracağıq
 | 
| كَلَّا لَا تُطِعْهُ وَاسْجُدْ وَاقْتَرِب ۩ (19) Xeyr, sən ona qulaq asma! Səcdə qıl və Allaha yaxınlaş
 |